Şəhid Hüseyn Əkbərli Cəlilabadda dəfn olunub - FOTO

İyulun 30-a keçən gecə düşmən atəşinin qarşısı alınarkən şəhid olan Silahlı Qüvvələrimizin hərbi qulluqçusu dünən dəfn olunub. Cəlilabadın Eçara kənd sakini, 1993-cü il təvəllüdlü Hüseyn Zakir oğlu Əkbərli anadan olduğu kənddə dəfn edilib. Dəfin mərasimində şəhidin yaxınları, xidmət etdiyi hərbi hissənin zabit heyəti, Cəlilabad  Rayon İcra Hakimiyyətinin numayəndələri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər. Şəhidin tabutuna örtülən Azərbaycan bayrağı onun ailəsinə  təqdim edilib. Yaylım atəşindən sonra torpağa tapşırılan şəhidin məzarı üstünə əklil və qərənfillər qoyulub.

Allah rəhmət eləsin!

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

18.09.2018

17.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az