Ermənistanın rəsmi statistikası: "əhali rekord həddə azalıb"

Ölkədə doğum halları 6.7 % azaldığı halda ölüm halları 2.1 % artıb

Ermənistanda ölümlərin sayı doğumu üstələməyə başlayıb. Yerli “Joxovurd” qəzetinin dövlət statistika komitəsinə istinadən yaydığı xəbərə görə, ölkədə demoqrafik vəziyyət son dərəcə kritikdir. Belə ki, bu ilin birinci rübündə ölkə əhalisi artmaq əvəzinə 6200 nəfər azalıb. Ötən ilin analoji dövrü ilə müqayisədə bu, 15000 Ermənistan vətəndaşının azalması deməkdir. Digər tərəfdən, doğum halları 6.7 % azaldığı halda ölüm halları 2.1 % artıb.  Başqa sözlə desək, təkcə bir ayda əhalinin təbii artım göstəricisi (doğumla ölüm arasındakı fərq) mənfi 2460 təşkil edib ki, bu da eyni sayda azalma deməkdir. Artıq ziyalılar və cəmiyyətin aparıcı qüvvələri həyəcan təbili çalmağa başlayıblar. Onları narahat edən əsas amil ondan ibarətdir ki, ölkədən köçən əhalinin sürətlə artımı fonunda əhalinin təbii artımında rekord həddə geriləmə müşahidə olunur.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

18.10.2017

17.10.2017

Müsahibələr
Arxiv
Oktyabr 2017
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az