Aprel döyüşlərində öldürülən erməni əsgərin anası müdafiə nazirinə səsləndi: “İkinci oğlumu vermirəm”

Ötən ilin aprel döyüşləri zamanı Qarabağda öldürülən əsgər Qriqor Arutyunyanın anası ikinci oğlunu hərbi xidmətə göndərməkdən imtina edir.

Virtualaz.org epress.am saytına istinadən xəbər verir ki, Anait Qriqoryan ikinci oğlu Seryojanın ailənin yeganə çörək gətirəni olduğunu bildirərək onu orduya verməyəcəyini deyir.

Qadının dediyinə görə onun oğlunu hərbi xidmətə iyulun 31-də çağırıblar. O, Seryojanın əvəzinə İrəvanın Erebuni rayon hərbi komissarlığına gedib.

“Orada mənə dedilər ki, son on ildə Qriqor və Serjoyanın himayəsində yaşadığım və Qriqorun ölümündən sonra təkcə Seryojanın ümidinə qaldığım haqda hansısa sənədlər toplayıb gətirim. Mən də sənədlər təqdim elədim ki, birinci nigahdan olan uşaqları uzaqda yaşayır, özümün səhhətim qaydasında deyil”-qadın bildirir.

Anait Qriqoryanın dediyinə görə oğlunu hərbi xidmətə göndərməmək üçün ondan tələb olunan sənədləri silahlı qüvvələrin Baş qərargahına göndəriblər. Lakin Baş qərargah rəisi general Movses Akopyan cavab yazıb ki, qanuna görə Seryoja hərbi xidmətdən azad oluna bilməz.

“Mənə söz vermişdilər ki, iyul çağırışı başa çatandan sonra oğlumun hərbi xidmətdən azad olunmasını təmin edəcəklər. Lakin iyulun 31-də onu gözlənilmədən hərbi komissarlığa çağırıblar və bildiriblər ki, müdafiə naziri Vigen Sərkisyan Seryojanın hərbi xidmətdən azad olunmasına razılıq verməyib. Nəticədə mən ərizə yazdım ki, oğlumu hərbi xidmətə göndərməkdən imtina edirəm. Müdafiə naziri güzəştə getmlidir və oğlumu hərbi xidmətdən azad etməlidir, çünki onun atası yoxdur, biz ağır vəziyyətdə yaşayırıq. Qardaşı ötən ilin aprel döyüşlərində həlak olub. Seryojanı ancaq mənim meyitimin üstündən keçib orduya apara bilərlər”-Anait Qriqoryan bildirib.

Qriqor Arutyunyan ötən ilin aprel döyüşlərində “itkin düşmüş hərbçilər” siyahısında olub. Daha sonra Azərbaycan tərəfi onun meyitini qaytarıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

13.12.2017

12.12.2017

Müsahibələr
Arxiv
Dekabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az