Erməni qarmon ifaçısına "super" yazan Brilliant: "Sizə gözəl əhval-ruhiyyə arzulayıram”

Şahbazyan onu izləyiciləri arasından çıxartdı!

Xalq artisti Brilyant Dadaşova erməni qarmon ifaçısı Şahbazyanın paylaşımlarını bəyəndiyinə və müsbət şərhlər yazdığına görə onu tənqid edənlərə cavab verib.

Kult.az xəbər verir ki, müğənni İnstaqram səhifəsində yazıb:

“Əziz dostlarım, məni qara piar edən “psevdo vətənpərvərləri” qınamayın. Əlbəttə ki, onlar döyüşlərin ən çətin və qızğın vaxtında səngərlərdə və döyüş meydanlarında əsgərlərimizə dəstək çıxışlarımdan yazmayacaqlar. Çünki göndərsən, bunların heç biri o döyüş medanına yaxın getməzdi. Sizə gözəl əhval-ruhiyyə arzulayıram”.

Qeyd edək ki, B.Dadaşova erməni qarmon ifaçısı Varujan Şahbazyanın paylaşımlarının altına ürək, əla işarələri düzməsi və “super” yazması səbəbindən sosial şəbəkə istifadəçilərinin kəskin tənqidi ilə üzləşib. Müğənni sonradan tənqidlərdən yaxa qurtarmaq üçün öz profilində müəyyən dəyişikliklər edib. Maraqlı məqam odur ki, Dadaşova ilə bərabər Şahbazyan da öz profilini qapalı edərək, müğənini öz izləyiciləri arasından çıxarıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

09.12.2018

08.12.2018

07.12.2018

06.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az