Bakıda aktrisanın avtomobilinə hücum etdilər

"ATV"-də yayımlanan "Laləli saray" serialının əsas qəhrəmanlarından biri olan Nərgiz Əliyevanın başına iş gəlib.

Qafqazinfo-nun məlumatına görə, bir neçə gün bundan əvvəl aktrisanın avtomobilinə bir qrup şəxs hücum edib.

N.Əliyevanın “Jeep Wrangler” markalı avtomobilinin şüşələri sındırılaraq, içərisindən dəyərli əşyalar və pul oğurlanıb. O, 4 min manatdan artıq ziyana düşdüyünü qeyd edib.

Aktrisa artıq polis şöbəsinə də müraciət edib: “Olay “Beşmərtəbə” tərəfdə, evimin yaxınlığındakı gözəllik salonunun qarşısında baş verib. Bu ayın 6-sı axşam saatlarında naməlum şəxslər maşınıma hücum edib. 1500 dollarlıq (2550 AZN) çantam, 1000 manatlıq ayaqqabım və çantamın içərisində olan 550 AZN götürülüb. Yasamal rayonu 27-ci polis bölməsinə müraciət etmişəm, axtarışdadırlar”.

Çox oxunan xəbərlər
Son xəbərlər

14.12.2017

13.12.2017

Müsahibələr
Arxiv
Dekabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az