Aybəniz Haşımova qızının müğənni olmasını istəmir

Əməkdar artist Aybəniz Haşımova maraqlı açıqlamalar verib. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, 3 təhsilli müğənnidir: "İstedadı daha da təkmilləşdirmək üçün təhsil vacibdir. Mən 3 təhsil almışam. Fortepianonu, xanəndəliyi və sonda da rejissorluğu bitirmişəm. Rejissorluğu öz istəyimlə oxudum. Niyə, çünki bu sənətin bir budağıdır. Mənim fortepiano müəlliməm Tamilla Rüstəmova olub. Filmlərdən onu yaxşı tanıyırsınız. "Ulduz" filmində Ulduz, "Böyük dayaq" filmində Maya rollarını ifa edib".

 

Sənətçi ilə ailə qurmaq məsələsinə toxunan Aybəniz Haşımova deyib ki, qızı Aynişanın musiqiçi olmasını istəmirmiş: "Çünki bu çox çətin sənətdir. Bu işin sahibi yalnız bu işlə məşğul olmalıdır. Mən konsertə getməzdən əvvəl bilmirdim uşağı kim saxlasın, kim yedizdirsin? İşləri qrafikə salmaqda çətinlik çəkirdim. Çalışırdım ki, evdə sənətə görə söz-söhbət olmasın. Bacım Şahnaz xanım mənə nümunə idi. Şahnaz xanım var-gücü ilə çalışırdı ki, onun həyat yoldaşı sənəti üzündən əsəb keçirməsin".

 

Qeyd edək ki, "Show time" verilişi həftənin çərşənbə axşamı saat 15:10-da Yalçın Uğurun təqdimatında yayımlanır.

Çox oxunan xəbərlər
Son xəbərlər

22.10.2017

21.10.2017

20.10.2017

Müsahibələr
Arxiv
Oktyabr 2017
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az