Azərbaycanlı aktyor Rövşanədən şikayət etdi: “AYIBDIR”

Tanınmış aktyor Elnur Kərimov sosial şəbəkədə aparıcı Rövşanə Bektaşidən şikayət etdiyini bildirib.

Publika.az xəbər verir ki, o, ARB kanal rəhbərliyinə müraciət edərək bunları yazıb:

“Aparıcı ya peşəkar olmalıdır, ya da olmamalıdır. Mövzunu eşidən kimi dərhal reaksiya verdim. İlk növbədə teatrdan danışmaq üçün onu tanımalısan. Məlumatın olmalıdır ki, teatr sahəsində hansı islahatlar, qastrollar, tamaşalar var.

Danışılan mövzu və “Bu, mənim şəxsi fikrimdir” deyərək düşüncəsizcə danışmaq ayıbdır. Qonaqlarına danışmağa imkan verməyən aparıcı deyir ki, Azərbaycanda fəaliyyət göstərən Şuşa, İrəvan və Gənc Tamaşaçılar Teatrı kiçik olduğu üçün bağlanmalıdır. Mən də dərhal ARB kanalının “Səhər-səhər” proqramının prodüseri ilə əlaqə saxlayıb, narazılığımı bildirdim. Amma Əhməd Ağdamskini tanıması məni bir az rahatlatdı ki, heç olmasa onu tanıyır”.

Qeyd edək ki, aktyorun etirazına səbəb Rövşanə Bektaşinin canlı yayımda teatrlara “ilişməsi” olub.

Çox oxunan xəbərlər
Son xəbərlər

14.12.2017

13.12.2017

Müsahibələr
Arxiv
Dekabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az