Məşhur model: Mənə də təcavüz etmək istədi

Britaniyalı aktrisa və model Kara Delevin amerikalı prodüser Harvi Vaynşteyn tərəfindən təcavüzə məruz qaldığını bəyan edib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 25 yaşlı K.Delevin bu barədə İnstagram-dakı profilində yazıb. Onun sözlərinə görə, aktrisa karyerasına yeni başladığı dönəmdə 65 yaşlı prodüser ona zəng vuraraq rəfiqələri ilə yatağa girib-girmədiyini soruşub. Həmin olaydan bir il sonra aktrisa Vaynşteynlə görüşüb, filmlə bağlı müzakirə aparıb.

"Vaynşteyn mənə aktrisalarla münasibətlərindən danışdı, sonra oteldəki nömrəyə dəvət etdi. Orada məni öpdü, sonra otaqdakı qadınla öpüşməyə vadar etmək istədi. Bu barədə danışmaq, Vaynşteynin ailəsinə zərbə vurmaq istəmirdim. Özümü günahkar hiss edirdim. Sonra bildim ki, başqa qadınların da başlarına belə oyun açıb. Kimsə qorxusundan danışmırdı", - K.Delevin yazıb.

65 yaşlı H.Vaynşteyn 30 aktrisa və modelə təcavüzdə suçlanır.

H.Vaynşteynin əxlaqsız hərəkətlər və təkliflər etdiyi, sataşdığı, təcavüzə çalışdığı məşhurlar arasında Qvinet Peltrou və Ancelina Coli ilə yanaşı Luisett Qeys, Cudit Qudreç, Daun Danninq, Tomi-Enn Roberts, Eyşa Arqento, Ketrin Kendall, Lüsia Evans, Mira Sorvino, Rosanna Arquett, Rous MakQoven, Eşli Cadd, Emma De Koen, Zelda Perkins, Loren O-Konnor, Embra Battilana, Cessika Bart, Lora Madden, Emili Nestor, Elizabet Karlsen, Layza Kempbell, Loren Siven, Cessika Şayens, Romola Qaray, habelə adları açıqlanmayan daha 7 qadın var.

Çox oxunan xəbərlər
Son xəbərlər

18.10.2017

17.10.2017

Müsahibələr
Arxiv
Oktyabr 2017
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az