Güneldən ayrılıq açıqlaması: "Əlaqəmi kəsdim"

ürkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı müğənni Günel Zeynalova uzun müddətdir şəxsi həyatı ilə bağlı heç bir açıqlama vermir.

Mediainfo/az-ın Axşam.az-a istinadən məlumatına görə, sənətçi İnstaqram səhifəsində etdiyi paylaşımla bütün suallara cavab verib. 

Nişanlısından ayrılması ilə bağlı yayılan xəbərlərə də toxunan Günel yeni qərar aldığını bildirib:

“Özəl həyatım üçün aldığım və mənim üçün ən doğru, xeyirli olan qərarı iş həyatımda da reallaşdırdım. “Torunlar Ajans” və orada çalışanlarla bütün əlaqəmi kəsdim”.

Günel eyni zamanda yeni şirkət açdığını da deyib:

“Bu gündən bütün tədbirlərimi öz şirkətim olan “BYGNL” əməkdaşları təşkil edəcək və işimə onlarla davam edəcək”.

Qeyd edək ki, “Torunlar Ajans” Günelin nişanlısı Cem Ozan Torunların ailəsinə məxsus idi. 

Cem və Günelin nişanı ötən ilin oktyabrında olmuşdu. Bu ilin iyulunda isə onların ayrılma xəbəri yayılmışdı. Günel uzun müddətdir bununla bağlı sualları cavabsız qoyurdu. Hətta bu yaxınlarda cütlük barışdığını bildirmişdi. Amma görünür qısa vaxt keçmədən onlar yenidən ayrılıblar. 

Günel və Cem birlikdə restoran da açmışdı.

Çox oxunan xəbərlər
Son xəbərlər

24.11.2017

23.11.2017

Müsahibələr
Arxiv
Noyabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az