Kərim Natavanı biabır edəcək

Müğənni Kərim Abbasov övladına söz atan xanım həmkarına hədə-qorxu gəlib.

Sənətçi ad çəkmədən müğənni Natavan Həbibiyə xəbərdarlıq edib.

O, “ATV maqazin onlarla” verilişində bildirib ki, qarşı tərəf onun övladına söz atıb:

“Mənim övladıma heç kim söz atmasın. Onu nəzir-niyazla tapmışam. 7 pirə gedib, Allahla bir övlad tapmışam. 37 yaşım var. Kimliyindən asılı olmayaraq, mənim övladıma sataşmasın. Böyüklük göstərib onun keçmişindən, gələcəyindən, qaynatdığı zibillərdən danışmıram. Ondan qorxduğum üçün yox... Axırda nə olacaq, məhkəmə? Olsun. Açaram tökərəm hər şeyi.

Lazım deyil bir-birimizə söz atmaq. Mən atsam, pis olacaq. Böyüklük məndə qalsın deyib, zəng etdim. Yığdım dedim, övladıma söz atma. Taxtabaşdır da, Allah ona ağıl versin. Yaşda məndən böyük olsa da, ağlım ondan böyükdü”.

Qeyd edək ki, Natavan Kərimin övladı ilə bağlı qalmaqallı açıqlama vermişdi. Daha sonra Səidə Sultan Kərimin barışmaq üçün Natavana zəng etdiyini açıqlamışdı./Axşam.az/

 
Çox oxunan xəbərlər
Son xəbərlər

14.12.2018

13.12.2018

12.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az