Sürücünü təhqir edən şəxs məsuliyyətə cəlb edildi

Bu il fevralın 18-də, saat 14:08-da 1 saylı marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus 99-JX-256 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü sərnişinlərin gözü qarşısında təhqir olunub.
 
Moderator.az şirkətə istinadən xəbər verir ki, onu yol hərəkəti qaydalarını pozaraq maşının avtobusun hərəkət zolağında saxlamış 99-AL-789 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhqir edib. 
 
Bununla bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub. Hadisə ilə bağlı Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis bölməsi araşdırma aparıb və təhqirə yol vermiş şəxs - N. Musayev polis bölməsinə gətirildikdən sonar tutduğu əməldən səmimi peşmançılıq hissi keçirdiyini bildirib, avtobus sürücüsündən üzr istəyərək bağışlanmasını xahiş edib. Bununla belə polis orqanları toplanmış materiallar əsasında vətəndaş barədə İnzibati Xətalar Məcəlləsinin 510-cu madəsinə uyğun olaraq inzibati tənbeh tədbiri həyata keçirib. 
 

“BakuBus” bir daha sərnişinləri və digər yol hərəkəti iştirakçılarını qaydalara əməl etməyə, ictimai nəqliyyatın normal fəaliyyət göstərməsi üçün mövcud qanunvericiliyin tələblərini yerinə yetirməyə dəvət edir", - deyə məlumatda qeyd edilib.

Çox oxunan xəbərlər
Son xəbərlər

23.06.2018

22.06.2018

21.06.2018

Müsahibələr
Arxiv
Iyun 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az