Ərindən boşanan İlahə : "Məni istəyən yoxdur..." - VİDEO

"ARB Ulduz"un "Virtual Həyat" verilişinin növbəti qonağı müğənni İlahə İbadova olub.

Müğənni hər şeydən bezib tərki-dünyalığa çəkilmə səbəbini izah edib:

"İnsan elə vaxtlar olur ki, heç kimi görmək istəmir. Bu, həyatı yorğunluq ola bilər, ruhən yorğunluq ola bilər. Fikirləşdim ki, şəhərdən, ölkədən kənara çıxım gəzim. Şükürlər olsun ki, hər şey düzəlməyə doğru gedir.

Gözəl bir söz var, deyir, sən həmişə bomba olacaqsan. Sən partlayanda hər kəs susacaq".

Yenidən ailə qurmaq məsələsinə də toxunan sənətçi təkliflərin olduğunu dilə gətirib:

"Təbii ki, hər bir xanım ailə qurmaq istəyər. Eləcə də, mən. Sadəcə olaraq, elə bilirsiz ki, irəliyə duran yoxdur, evlilik təklifi edən yoxdur? Var, ancaq İlahəni, həyatda İlahə kimi istəyən yoxdur. İlahə İbadova olaraq məni görüb, gəlib ailə qurmaq istəyən adamı isə qəbul etmərəm.

Deyib-gülməyimə baxmayın. Qəlbiqara insanam. Həm də mənim qızım var. Övladla bir az çətindir. Övladımı anamdan başqa heç kimə etibar edə bilmərəm. Qoyub gedə bilmərəm".

Big.az

 

 

 
Çox oxunan xəbərlər
Son xəbərlər

17.12.2018

16.12.2018

15.12.2018

14.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az