“Uşaqlarımı az görürəm” – Xalq artisti-video

Xalq artisti Gülyanaq Məmmədova ARB Ulduz-un “Virtual həyat” verilişinə qonaq olub.
 

 
Axşam.az-ın məlumatına görə, sənətçi açıqlamasında uşaqlarına kifayət qədər vaxt ayıra bilmədiyini deyib:

“Vaxt ayırıb övladlarımın dərsləri ilə məşğul olsam, mənim üçün yaxşı olar. Ona da az zaman ayırıram. Bəzən olur ki, axşam saat 10-dan sonra evə gedib çıxıram. Mən evə gedənə kimi də bizdə qaydadır ki, uşaqlar saat 10-a kimi yatırlar. Qapıdan girəndə uşaqlarım üstümə qaçır və öpürlər. Məni az-az görürlər deyə, evə iki dəfə girsəm də, yenə qaçıb öpürlər ki, anamız gəldi. Kiçik övladım boynuma sarılanda məni özünə elə sıxır, sevinir ki, anam gəldi”.

 

Təxminən iki ay öncə atasını itirən xalq artisti, bu haqda da danışıb:

“Əhvalımızı elə də büruzə vermədik. Düzdür, efirlərə çıxmaq istəməsək də, bu da mənim işimdir axı. Təbii ki, atam mənə əziz olan qədər başqasına əziz ola bilməz. O ərəfələrdə haqqımda yazılan rəyləri girib oxuya bilmirdim, ancaq nə baş verdiyini eşidirdim. Tənqid edənlər də oldu. Onlar bunu yaşamayıblar deyə bəziləri anlamırlar. Əzizi itirməyin nə olduğunu yaşayan bilir. Mənim konsertmeysterim şahidimdir ki, atam vəfat edən zaman mən səfər üstəydim. Onlar bilir ki, mən nə əziyyət çəkdim. Ağlayıb sızlayıb, ardınca səhnəyə çıxıb işin öhtəsindən gəlməyə də bir hünər lazımıydı”.

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

19.08.2018

18.08.2018

17.08.2018

Müsahibələr
Arxiv
Avqust 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az