Mətanət Əliverdiyeva biabırçı şəkildə maşın-şounu tərk etdi

“Maşın” realiti-şounun 9-cu günündə səsverməyə aparıcı Mətanət Əliverdiyeva çıxıb.

Aparıcı ilk dəqiqələrdən hədəfinin Aytən Səfərova olduğunu deyib. O, bir neçə gündür qalmaqal yaşadığı həmkarını oyundan çıxaracağını və fikrinin dəyişməyəcəyini bildirib.

Lakin digər yarışmaçılardan Roza Zərgərli, Abbas Bağırov və Pərvin Abıyeva M.Əliverdiyevanın Aytənlə mübarizəsinin sakit davam etməsinə təəccübləndiklərini bildirib. P.Abıyeva iddia edib ki, Mətanət Əliverdiyeva səs yığarsa, oyundan Aytən Səfərovanı çıxarmayacaq. O, bu şübhəsini bir neçə əvvəlki oyunda hədəfinin Mətanət olduğunu deyən Aytən Səfərovanın səs topladığı halda onu çıxartmaması ilə əlaqələndirib.

İştirakçıların fikirlərindən hiddətlənən M.Əliverdiyeva verilişin son dəqiqələrində hədəfini dəyişmək qərarına gəldiyini deyib:

“Bu, mənim Aytənlə mübarizəmdir. Niyə belə reaksiya verirsiniz? Anlamıram. Mənim oyunum belədir. Lap fikrimi dəyişirəm, qorxun. Qarınlarına ağrı düşsün, narahat olsunlar. Burda həkimlər var, onlara tibbi yardım göstərərlər. Qərarımı dəyişirəm, Aytən Səfərovanı çıxartmıram. Hədəfim qadınlar deyil, kişilərdir”.

Sonda Mətanət Əliverdiyeva 24,66 faiz səslə oyunu tərk edib.

Artıq bir neçə gündür ki, oyun Aytən Səfərovanın xeyri ilə nəticələnir. "Maşın"ın ilk günlərindən keçmiş rəfiqəsi və həmkarı Mətanət Əliverdiyeva ilə qalmaqal yaşayan A.Səfərovanın bu qabiliyyətini "Aytən və Mətanət savaşında" nokaut zərbəsi hesab etmək olar.

Onu da qeyd edək ki, Roza Zərgərli bu günki buraxılışda bildirib ki, Aytən Səfərova oyunda qalarsa və sabah səsverməyə çıxarsa, "Maşın"dan onu çıxardacaq.

"Maşın"ı dünən tərk edən Cavidan Novruz da hədəfinin Aytən Səfərova olduğunu demişdi. Lakin Aytənə böyük səs faizi ilə uduzduğu üçün aktyor oyundan özü çıxmalı olmuşdu.(publika.az)

 
 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az