"Ay xala..." - Keşmiş ər-arvadın davaları bitmir

Müğənni Kərim Abbasovla prodüser Təranə Səmədova arasındakı qalmaqal illərdir bitmir.

Axşam.az-ın məlumatına görə, bir vaxtlar ər-arvad olan məşhurlar hər fürsətdə bir-birini təhqir edib, ünvanına sərt sözlər deyir. Bir neçə gün əvvəl T.Səmədova Kərimin ünvanına sərt sözlər demişdi. İndi isə Abbasov keçmiş arvadının bir müddət əvvəl mediada yayılan qadın alveri ilə bağlı yazısının fotosunu paylaşaraq bunları yazıb:

“İnsanın bu qədər cinayətləri ola-ola necə efirə çıxıb məndən danışa bilər? Ay xala, bir öz altındakı vannanı görmürsən, məndə iynə axtarırsan? Əvvəlin diplom alverçisi, sonra oldun insan alverçisi, indi də maşın alverçisisən. "Alverçi" kəliməsini bu qədər dəyərsiz eləmə. Sən hara gedirsənsə, ora pis günə qalır. Sənin kimi məşhur "alverçini" efirlər hansı ağılla dəvət edir bilmirəm. Çıxıb efirdə məndən olmayan şeyləri danışmaqdansa, otur balana tərbiyə ver. Onun gözünü kölgəli eləmə. Bu dünya niyə dağılmır görəsən?

Mənə gələndə isə... Ailəm, övladım, xanımım, atam, anam, qeyrətim, namusum yanımdadır. Mənə görə narahat olma. Amma yenə də sənə pislik arzulamıram. Allah qapını açsın və sənə ağıl versin”.

Çox oxunan xəbərlər
Son xəbərlər

21.09.2018

20.09.2018

19.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az