Azərbaycanlı müğənninin yeni klipi etirazlarla qarşılandı

Türkiyədə yaşayan azərbaycanlı müğənni Sevinc Ağaşirinova yeni klip çəkdirib.

İfaçı "Yak" adlı mahnını ekranlaşdırıb. 

Türkiyənin "Netd Müzik" şirkəti tərəfindən ekranlaşdırılan klipdə ifaçının və rəqqasə qızların geyimləri yetərincə cəsarətlidir. Məhz bu səbəbdən klip tənqidlərə məruz qalıb. İzləyicilər klipdə qadınların seks obyekti kimi təqdim olunduğunu irad  tutublar. 

Hətta ifaçıını və rəqqasələri Adnan Oktarın kedicikləri ilə müqayisə edənlər də olub. "İyrənc, siz belələrinə baxırsız? Aleyna Tilki və Adnan Oktarın kedicikləri kimiləri... belə videolardan həmən qaçın, baxmayın... Ruhlarınızı qırmaq üçün belə videolar çəkərlər. Buralarda uşaqlar da var, düşünürəm ki, onları bir mesaj göndərirlər. Qızlar bunlar kimi geyinməyə baslayarlar Ayıb və günahdır".

Ekran işi 1 sutka ərzində 50 min baxış toplayıb. 

Baku.vvs

Çox oxunan xəbərlər
Son xəbərlər

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az