"Onun evinə görə kiməsə ağız açmazdım" - Xatirə İslam

Tanınmış müğənni Xatirə İslamın instaqramda yazdığı şərh müzakirələrə səbəb olub. 

Sənətçi sosial şəbəkədə xərçəngə yoluxan əməkdar artist Tünzalə Əliyevaya göstərilən maddi yardım barədə rəy yazıb. 

Xatirə onu qınayan izləyicisinə cavab verərək yardımın aktrisanın evinin ipotekası üçün yığılmasında xəbərsiz olduğunu bildirib. X. İslam daha sonra həmin şərhi silərək rəy bölməsini bağlayıb. 

 
“Qafqazinfo” mövzu ilə bağlı Xatirə İslamla əlaqə saxlayıb. Müğənni yazdığı şərhə belə aydınlıq gətirib: “Solo konsertimə başım qarışıq olub, “Bizimləsən” proqramını izləyə bilməmişəm deyə məsələdən tam xəbərdar deyildim. Mən proqrama çıxanda elə başa düşdüm ki, yardım Tünzalə Əliyevanın müalicəsi üçün toplanır. Bütün həmkarlarıma, dostlarım da bunun üçün müraciət etmişdim. Zaur Baxşəliyev də sonra efirdə dedi ki, Xatirə elə başa düşdü ki, pulu müalicə üçün yığır. Yəni, onsuz da biz pulu Tünzalə xanıma vermişdik. Bütün sənət yoldaşlarımızla halallıq veririk. Kim halallıq vermirsə, özü bilər. 16-17 min manat pul yığdım, proqramda da ona təqdim etdik. Onsuz da mən qabaqcadan göz yaşları içində pul yığacağım barədə efirdə danışmışdım. Həmin kadrlar bütün sosial şəbəkələrdə var. Yaxşı ki, müraciətim göz qabağında olub. 



Amma səhəri gün onun müalicəsinin dövlət tərəfindən edildiyini öyrəndim. Nə dəxli var ki… Pulu toplayıb vermişik, halal xoşu olsun. Hər çəkdiyim əziyyət onun halalı olsun. Bir məsələ var, bilsəydim ki, onun ev problem var, bəzi insanlara ağız açmazdım. Sənət yoldaşlarım, dostlarım məndən əksik deyil. Elə insanlar var idi ki, salam-sağ oldan başqa heç bir münasibətim olmayıb. Ev məsələsinə görə onlara bir-bir zəng etməzdim. Səmimi şəkildə etiraf edirəm. Mən ancaq can sağlığına görə zəng edərəm. Mən belə insanam. Ev, maşın, kredit kimi şeylər düzələn məsələrdir. Bunlara görə kiməsə ağız açmıram. Məndən inciməsinlər. Bir az belə şeylərdən xoşum gəlmir. Gələn dəfə daha diqqətli olaram”. 

Big.az

Çox oxunan xəbərlər
Son xəbərlər

10.12.2018

09.12.2018

08.12.2018

07.12.2018

06.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az