Sənin arvadın kimdir, Zaur? Mikrofonu başına çırpardım...

Müğənni Günel Ələkbərova sərt mövqeyi ilə gündəmə gəlib. Onun bu sözləri qalamaqala yol açacağı istisna edilmir.

Minval.info xəbər verir ki, sənətçi öz verilişində qonaqlarına qarşı qəribə zarafatlarıyla və atmacaları fərqlənən aparıcı Zaur Kamalın bostanına daş adıb.

Z.Kamalın proqramına dəvət etdiyi rəqqasə, aktrisa Oksana Rəsulovaya verdiyi sual Günel Ələkbərovanı əməlli-başlı qəzəbləndirib. Belə ki, aparıcı aktrisadan övladının soyadını və atasının adını soruşub. Bu kadrlar isə sosial mediada paylaşılıb.

Günel Ələkbərova videonun şərh bölməsinə Zaur Kamalın sualına qəzəblənib və onun ünvanına ağır sözlər söyləyib:

“Adama deyərlər, sənə nə? Hansı amil səni məcbur edir ki, camaatın uşağının atasının kim olduğunu soruşursan? Səndən soruşan var, arvadın kimdir, kimlərdəndir? Bəsdir, başını həyasızcasına başqasının həyatına soxdun. Oksana yeni ana olub. Özünə nə əl qatmısan? Əsas yaxınları, doğmaları bilir ki, atası kimdir. Reytinqini başqa şeylə tut. İnsanların şəxsi həyatına qarışma. Yoxsa mənim uşağımın atası kimi o da gəlib canlı efirdə səni tutub… Nəysə… Gərək elə o vaxt mənə də “uşağının atası kimdir” sualını verəndə canlı efirdə mikrofonu təpənə çırpardım ki, başqa xanım sənətçiyə bu sualla müraciət etməyəsən. Orda olan qonaqlara və bizə baxan tamaşaçılara xatir sakit dayandım”.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

19.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az