"Maşın"da gözlənilməz nəticə - Anakonda qərar verdi - VİDEO

Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürətinin ikinci yarış günü baş tutub. 

 “Hind kinosu” adlanan yarışmada əməkdar artist Ruhəngiz Allahverdiyeva təsadüfən əlini maşından çəkdiyindən qaydalara görə şoudan kənarlaşdırılıb. Meyxanaçı Oqtay Kamil isə dünən Sərxan Kərəmoğlu tərəfinən uzaqlaşdırıldığından maşın uğrunda mübarizədə 16 iştirakçı qalıb. 

İştirakçılar bu gün şairə Nazilə Səfərlini SMS səsverməsinə çıxarıblar. Şairə xanım dostlarının ələnmə günü olduğunu deyərək onlardan səs istəyib.

O, hədəfinin kim olacağını açıqlamasa da, efirə verilən sujetdən nazilə Səfərlinin aktyor Allahverdi Yolçuyevi hədəf gördüyü bəlli olub. Amma Murad Dadaşovun onların ailə dostu olduğunu açıqlaması bunun planlaşdırılmış oyun olması barədə şübhələrə səbəb olub. Nazilə Səfərli də etiraf edib ki, anası Allahverdi Yolçuyevin şudan kənarlaşdırılmasını istəməyib. "Anama zəng elədim, dedi ki, adam da qonşusunu çıxarar". 

 


50,72 faiz səs toplayan Nazilə Səfərli isə bütün iştirakçılarla mübarizədə özünü Anakonda adlandıraraq heç kəsin xətrinə dəymədi. O, bu gün təsadüfən də olsa oyunu bir nəfər - Ruhəngiz Allahverdiyeva şounu tərk etdiyinə görə, heç kəsi çıxarmadı.

Xatırladaq ki, yarışmada Nazilə Səfərli (şairə), Ramin Nabran (müğənni), Mina Hüseyn (müğənni), Xose Bernardo (aparıcı), Ranar Musayev (aparıcı), Xəyalə Quliyeva (aktrisa), Aysel Nazim (aktrisa), Nərgiz Əliyeva (aktrisa), Sərxan Kərəmoğlu (müğənni), Allahverdi Yolçuyev (aktyor), Aydan Axundzadə (aparıcı), Samir Cavadzadə (müğənni), Dilarə Kazımava (müğənni), Səmra Rəhimli (müğənni), Taleh Yüzbəyov (vayner), Mənsur Şərif (vayner) mübarizə aparır.

BAKU.WS

 

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

24.03.2019

23.03.2019

22.03.2019

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az