Xalq artisti Xoşqədəmi və Zauru "ovçarka" ilə müqayisə etdi — VİDEO

Dövlət Musiqili Teatrının repertuarında olan "Bankir adaxlı" tamaşasında bəzi dəyişikliklər edilib.

Tamaşanın efir variantında narkotik vasitələr (nəşə) təbliğ edilib. 

Tamaşada Atakişi obrazı (Çingiz Əhmədov) oğlu Balakişi ilə dialoqunda övladına daha ağır narkotik vasitələrdən uzaq olmağı tövsiyyə etsə də, əvəzində başqa bir "məsləhət" verir: "İynə vurma, amma nəşə çək". 

Nisə xanım (Afaq Bəşirqızı) isə qızı Məleykə (Ülviyyə Əliyeva) ilə dialoqunda olan tanınmış teleaparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevi "ovçarka" ilə müqayisə edir:

 


"Məleykə, səni görüm ər corabına həsrət qalasan. Birini xamlayıb getsən də, toy günündə elə itsin ki, nə Xoşqədəm, nə Zaur, nə də "ovçarka" axtarıb tapa bilməsin".

Teatrın direktoru Əliqismət Lalayev sözügedən tamaşada işlədilən ifadələri belə izah edib: "O sözlər mətndə olmayıb, sadəcə aktyorların improvizəsidir. Amma hesab edirəm ki, bu cür improvizə doğru deyil".


Ölkə.az

Çox oxunan xəbərlər
Son xəbərlər

17.02.2019

16.02.2019

15.02.2019

14.02.2019

Müsahibələr
Arxiv
Fevral 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az