Manaf Ağayev cehizə görə kürəkənini həbs etdirdi - VİDEO

Nüğənni Manaf Ağayevin keçmiş kürəkəni Gürcüstan sərhədini keçmək istərkən saxlanılıb və Qazax polisinə aparılıb, oradan da Bakıya gətirilib. 

Cehizə görə pul tələb edən Manaf Ağayev onun ölkədən çıxışına qadağa qoydurub. 

Halbuki, cehizlər Manaf Ağayevin evinə aparılıb və onlar onu götürməkdən imtina ediblər. Belə ki, Manaf Ağayevin qızı ərindən ikinci dəfə boşandıqdan sonra məhkəmə qərarı ilə cehizin qaytarılması tələb edib. Manaf Ağayev keçmiş kürəkənini cehizi evdən goturülməsinə görə məhkəməyə verib. İcraçılar baxış zamanı hər bir əşyanın yerində olduğunu təsdiqləyiblər. Yalnız bir neçə sabunun yerində olmaması Manaf Ağayevin ailəsini qəzəbləndirib. Onlar təkrar məhkəməyə üz tutublar. 

Müğənnin qızı Səmayə Ağayeva yenidən məhkəmə iddiası qaldıraraq şampun və gigeyenik məmulatların işləndiyini bildirib, bununla da süni şəkildə işi uzatmağa çalışırlar. 

Qeyd edək ki, Nizami İcra Şöbəsinin məhkəmə icraçılarının baxış yoxlamasından sonra bütün əşyalar yük daşıma xidməti tərəfindən qablaşdırılaraq Manaf Ağayevin yaşadığı ünvana aparılıb. Bunu görən müğənninin ailəsi əşyaları qəbul etməkdən imtina edib və hətta işıqlarını söndürüblər. İki gün yük maşınları onların evinin önündə dayanıb və bu da kürəkənə külli miqdarda ziyan vurub. Ən nəhayət əşyalar icarəyə götürülmüş anbara boşaldılıb. 

 
 

 

Manaf Ağayevin həyat yoldaşı Fərqanə Xudiyeva Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edərək kürəkənindən şikayət edərək 40 min avro tələb edir. 

Kürəkən də öz növbəsində müvafiq orqanlara öz hüquqlarının tapdalandığını və hüquqlarının müdafiəsi üçün müraciət edib. Baku.vvs

Çox oxunan xəbərlər
Son xəbərlər

19.04.2019

18.04.2019

17.04.2019

Müsahibələr
Arxiv
Aprel 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az