Sibel Canın Bakı konserti: niyə gileyləndi?

Türk şou biznesinin məşhur simalarından olan Sibel Can bu gün Bakı Konqres Mərkəzində konsert verib.

Konsertin aparıcılığını tanınmış teleaparıcı Nanə Ağamalıyevaya edib. Aparıcı çıxışı zamanı məşhur müğənninin çıxışının məhz 8 Mart Beynəlxalq Qadınlar Gününə təsadüf etmə səbəbini də açıqlayıb. Bildirib ki, 8 mart həm də konsertin əsas təşkilatçısı biznesledi Ruhi xanımın ad günüdür.

Konsert zamanı öz repertuarından mahnılar ifa edən müğənni eyni zamanda Azərbaycan musiqisinə də yer ayırıb. Onun ifasında "Sən gəlməz oldun", "Ayrılıq" və digər mahnılar səslənib.

Tamaşaçıların əyləşdiyi zala enən sənətçi ətrafında onu qoruyan cangüdənlərin canfəşanlığına baxmayaraq, onunla şəkil çəkdirmək və gül dəstəsi təqdim etmək üçün üzərinə yeriyən geniş insan kütləsi axını qarşısında aciz qalaraq, yenidən səhnəyə qayıdıb.

“Əslində, bütün zalı dolaşacaqdım, lakin bir çox insan ayaq üstündədir və mən geri qayıtmalı oldum. Arxa cərgədə əyləşənləri də nəzərə alın, onların nə günahı var axı?” - deyə müğənni giley edib.

Konsertin ikinci hissəsində Sibel Can məşhur rəqsləri ilə gecəyə xüsusi rəng qatıb. Axar.az

Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az