“Müğənni Aysel 13 illik ərimi əlimdən aldı”

Aparıcı Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində müğənni Aysel Əlizadə ilə bağlı biabırçı ittiham səsləndirilib.

Turanə adlı qadın verilişə çıxaraq Aysel Əlizadənin evli kişi ilə görüşdüyünü bildirib. Qadın iddia edib ki, 13 illik əri ilə boşanmasına səbəb Aysel olub.

“Aysel bizim evimizə də qonaq gəlib. Hətta Ayselin sürdüyü “Porsche” avtomobilini keçmiş ərim ona hədiyyə edib.

Turanə bildirib ki, 48 yaşlı əri iş adamıdır, avtosalonu var və tikinti işləri həyata keçirir.

Məsələ ilə bağlı açıqlama vermək istəməyən müğənni instaqramda "Allaha tapşırıram" sözlərini yazmaqla kifayətlənib.

Xatırladaq ki, bir müddət əvvəl müğənninin sevgilisi ilə bağlı xəbər yaymışdı. Məlumata görə, müğənni avtomobil alqı-satqısıyla məşğul olan, bu sahədə məşhur bir şəxslə münasibətdədir. Həmin şəxsin müğənniyə son model "Porsche" avtomobili və digər bahalı hədiyyələr aldığı, ona görə evindən uzaqlaşdığı bildirilmişdi. 46 yaşlı sözügedən iş adamı Bakıda məşhur avtoqaleriyanın sahibi olan Elçin “Yetim” ləqəbi ilə tanınır. O, Aysel Əlizadəyə son model “Porsche” almaqla yanaşı, xüsusi məna kəsb edən dövlət nömrə nişanı da hədiyyə etmişdi. Belə ki, “90 EA 333” seriyalı nömrədə cütlüyün adlarının baş hərfləri əks olunub.

Publika.az
 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az