"Lalənin “şot”una kef eləyib, indi..." - Keçmiş ərə CAVAB

Əməkdar artist Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı ağır ittihamlar səsləndirib. O, müğənninin onu aliment ödəməyə məcbur etdiyini, ümidsizlikdən intihara əl atmaq istədiyini deyib.

Keçmiş ərin cavabını L.Məmmədovanın prodüseri Vəfa Nuriyeva verib.

Prodüser hazırda Lalənin konsert vermək üçün Amerikada səfərdə olduğunu bildirib:
“Lalə hazırda Amerikadadır, konsert verməyə hazırlaşır. Amma mən buradayam və Lalənin yerinə cavab verməyə hazıram. Birincisi, hər bir boşanmış kişinin borcudur ki, uşaqlarına görə aliment ödəsin. Lalə İlhamı heç nəyə məcbur etməyib, onun aliment verməsini qanun tənzimləyir. 


O adam Lalə haqqında ağzına gələni danışır, şər-böhtan atır ki, guya Lalənin bir neçə yerdə evi var. Lalənin evi olsaydı, atası evində yaşamazdı. İlhamın özünün Şüvəlanda bağ evi və başqa yerdə üçotaqlı mənzili var. O deyir ki, Laləylə evlənəndən sonra işini itirib. Yalandır. Lalə ilə İlham 2004-cü ildə evlənib, o da işini 2006-cı ildə itirib. Həmin vaxtdan da Lalənin “şot”una kef eləyib, indi ona şər-böhtan atmaqla məşğuldur”.(yeniçaq)

Çox oxunan xəbərlər
Son xəbərlər

18.04.2019

17.04.2019

16.04.2019

Müsahibələr
Arxiv
Aprel 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az