Amerika Usamanın cəsəd şəkillərini göstərməyə başladı

Amerika Mərkəzi Kəşfiyyat İdarəsi Usama Ben Ladenin cəsədinin şəkillərini yerli rəsmilərə göstərməyə başladı. 

Ben Ladenin cəsədinə aid 15 fotoşəkilə baxdığını CNN televiziya kanalına açıqlayan respublikaçı - Oklahoma senatoru Ceyms Inhof fikirlərini tamaşaçılarla bölüşüb. O, Əl-Qaidə liderinin ölümündən dərhal sonra çəkilən fotoşəkillərin çox qorxunc olduğunu söyləyərək, "Güllə qulağından girib, gözündən çıxıb", - dedi. Inhof Ben Ladenin başının parçalanmış olduğunu da ifadə edib. Ölünün şəxsiyyətində heç şübhəsi olmadığını söyləyən senator, "Odur, heç şübhəm yoxdur. Şəkilləri gördüm. O idi. Usama Ben Laden idi", -  deyə açıqlayıb. 
Nümayəndələr Palatasının kəşfiyyat komissiyasının ən yüksək səviyyəli demokrat nümayəndəsi, demokrat millət vəkili Datç Rupersberqerin də bu gün fotoşəkilləri görmək üçün CIA-nın Virciniya ştatının Langleydəki mərkəzinə getməsi gözlənilir.
Konqres qaynaqları Nümayəndələr Palatasının və digər rəsmilərin də Ben Ladenin rəsmlərinə baxmağa dəvət edildiyini bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama Əl-Qaidə tərəfindən təbliğat məqsədli istifadə edilə biləcəyi üçün fotoşəkillərin ictimaiyyətə təqdim edilməsini qadağan edib.

Günel Həbib

Çox oxunan xəbərlər
Son xəbərlər

16.10.2018

15.10.2018

14.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az