Aleksandr Mişşenko: “Azərbaycan da 90-cı illərdə bu cür avantüranın qurbanı olub”

“Ukrayna xalqı səfərbər olmağa və öz vətənini müdafiə etməyə hazırdır”.  Bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib.

Krımda separatçıların təşkil etdiyi referendumla bağlı mətbuat konfransı keçirən səfir Azərbaycanın da 90-cı illərdə bu cür avantüranın qurbanı olduğunu xatırladıb: “Eyni imzadır. Sadəcə, icraçılar dəyişib, metodlar eynidir. Rusiya Sovet İttifaqının ən pis ənənəsini götürüb – bu, dünya düzəninin dəyişdirilməsi və ərazi bütövlüyünün  pozulmasıdır. Rusiya həyasızcasına bunu heç gizlətməyə də çalışmır. Rusiya əmin idi ki, Ukrayna onunla təkbətək qalacaq və onlar Krımı udacaqlar. Lakin bu gün dünya ictimaiyyəti heç vaxt olmadığı qədər birləşib”.     Diplomat Krım parlamentinin legitim olmadığını söyləyərək bu prosesdə iştirak edənlərin hamısının Ukrayna qanunları əsasında cəzalandırılacağını vurğulayıb: “Ukrayna öz silahlı qüvvələrini ən yüksək hazırlıq vəziyyətinə gətirib. Biz hər cür təcavüz gözləyirik”.   

A. Mişşenko qeyd edib ki, dost rus xalqını Kremlin siyasəti ilə eyniləşdirməmək lazımdır.

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.08.2018

20.08.2018

19.08.2018

Müsahibələr
Arxiv
Avqust 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az