NATO PA-nın seminarına Nizami Gəncəvinin şeiri ilə yekun vurulub

Bakıda keçirilən NATO Parlament Assambleyasının (PA) 86-cı “Rose-Roth” seminarının işinə Nizami Gəncəvinin əsərindən parçalarla yekun vurulub. Apa-nın məlumatına görə, “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” adlı seminarın son hissəsi Əfqanıstanla bağlı olub.

Seminarın yekununda Əfqanıstanın Strateji Araşdırmalar İnstitutunun direktoru Davud Moradian Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərindən fars dilində parça səsləndirməklə dünyanı eşqə, məhəbbətə və sülhə səsləyib. Amma bu zaman yanlışlığa yol verərək dahi şairimizi “fars şairi” adlandırıb.

Seminarın bu bölümünə aparıcılıq edən Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı dərhal D.Moradianın səhvini düzəldərək, Nizaminin böyük Azərbaycan şairi olduğunu və bütün tarixi mənbələrdə Azərbaycan türkü kimi qeyd olunmasını xatırladıb. M.İbrahimqızı əfqan diplomatın dediyi şeiri iştirakçılara Azərbaycan dilində təkrar edərək, seminarın son bölümünə yekun vurub.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

22.10.2018

21.10.2018

20.10.2018

19.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az