Əhmədi Müqəddəm: “İŞİD-in İrana girməsi xəbəri şayiədir”

İran hüquq mühafizə qüvvələrinin komandanı İsmayıl Əhmədi Müqəddəm “İraq-Şam islam dövləti” (İŞİD) terrorçu qruplaşmasının İrana girdiyi haqda xəbərlərə münasibət bildirib. 

Suriyanın bir hissəsində oturuşmuş İŞİD iyun ayında İraqa hücum çəkərək ölkənin şimal-qərbini ələ keçirib. İyunun 29-da bu qrup “İslam dövləti” adlı xilafət yaradıldığını elan edib. Xəlifə postu silahlı qrupun lideri Əbubəkr əl-Bağdadiyə həvalə olunub.

Son günlər İŞİD qüvvələrinin İraqdan İrana girdiyi və bir neçə iranlı əsgəri öldürdüyü haqda məlumatlar yayılır.

“Media forum” saytının məlumatına görə, iyulun 1-də İsmayıl Əhmədi Müqəddəm deyib ki, İranın silahlı qüvvələri İraqla sərhəd bölgələrində vəziyyətə tam nəzarət edir: “İŞİD-çilərin İrana girməsi xəbəri şayiədir. Əlbəttə, sərhəddə hansısa qruplaşmaya bağlı şəxslərlə qarşıdurma yarana bilər. Amma İŞİD-in İran ərazisinə girməsi haqda yayılan xəbərlər düzgün deyil. Bu qruplaşmanın yaxın günlərdə İrana və ya Məşhəd şəhərinə gəlib çatacağı haqda deyilənlər də tam mənasız söhbətlərdir. Bizim hazırda sərhədimizdə terrorçuluqla bağlı hər hansı bir məsələdən nigaranlığımız yoxdur”.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

16.12.2018

15.12.2018

14.12.2018

13.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az