Rafael Harpaz: “Azərbaycan qadınının dəyanətinin, dözümlülüyünün, sabaha inamının bir daha şahidi oldum” - Foto

Bu gün baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov İsrailin Azərbaycandakı səfiri Rafael Harpazı qəbul edib.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Apa -ya verilən məlumata görə, Azərbaycanla İsrail arasında bütün sahələr üzrə qarşılıqlı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğu vurğulanan görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın durumu, onların problemlərinin həlli istiqamətində görülmüş işlərdən söhbət açılıb.

Ə.Həsənov bildirib ki, münaqişə Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində hələ də həllini tapmayıb, problemin həlli ilə məşğul olan qurumlar və dövlətlərin fəaliyyətsizliyi, problemin həllinə ikili mövqedən yanaşmaları nəticəsində ədalətsizlik baş alıb gedir. Onun sözlərinə görə, bütün bunlardan  daha çox qaçqın və məcburi köçkünlər əziyyət çəkir. Ə.Həsənov qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan prezidenti, Azərbaycan xalqı münaqişənin dinc yolla, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır.

R.Harpaz Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. O, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müavinlərinin müşayiəti ilə Bakı İdarəetmə və Texnologiya Kollecinin 2 saylı yataqxanasında və Abşeron rayonunun Müşviqabad qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış hündürmərtəbəli yaşayış binaları kompleksi, burada yaradılan şəraitlə, real vəziyyətlə yerində tanış olmaq üçün həmin ərazilərdə məskunlaşan məcburi köçkünlərlə görüşünə şərait yaradıldığına görə minnətdarlığını bildirib. Diplomat bu cür görüşlərin vaxtaşırı keçirilməsi vacib sayıb. R.Harpaz məcburi köçkünlərlə keçirdiyi görüşlərdə xüsusilə Azərbaycan qadınının dəyanətinin, dözümlülüyünün, sabaha inamının bir daha şahidi olduğunu söyləyib. O, yaxın aylarda digər ərazilərdə məskunlaşan məcburi köçkünlərlə də belə görüşlərin keçirilməsinə şərait yaradılmasını xahiş edib.

Ə.Həsənov ölkəmizdəki məcburi köçkünlərin həyat tərzi ilə yaxından maraqlandığına görə israilli diplomata təşəkkürünü çatdırıb, bu cür görüşlərin həqiqətən mühüm önəm daşıdığını vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

18.12.2018

17.12.2018

16.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az