Rauf Mirqədirov atasının yas mərasiminə buraxılmaması ilə bağlı bəyanat yaydı

İyulun 3-də “Ayna-Zerkalo” qəzetinin həbsdə olan əməkdaşı Rauf Mirqədirovun atasının qırx mərasimi keçirilib. Əvvəlcədən vəkilləri Rauf Mirqədirovun atasının yas mərasimi ilə bağlı müstəntiqə müraciət etsələr də, jurnalist atasının yas mərasiminə buraxılmayıb. Buna Rauf Mirqədirovun vəkilləri sosial şəbəkələrdə yazdıqları statuslarda və mətbuata açıqlamalarında öz etirazlarını bildiriblər. 
Rauf Mirqədirovun özü də atasının qırx mərasiminə buraxılmaması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: “İstintaq orqanı tərəfindən atamın 40 mərasimində iştirak etməyimə icazənin verilməməsini anlayışla qəbul etsəm də, bununla bağlı vəkillərimin istintaqa edilmiş müraciətlərinə heç bir rəsmi cavabın verilməməsini növbəti qanun pozuntusu kimi qiymətləndirirəm. Eyni zamanda mənə bu gündə dəstək olan hər bir şəxsə minnətdarlığımı bildirirəm”.
Xatırladaq ki, Rauf Mirqədirov bu ilin aprelində Türkiyədən deportasiya edilərək, həbs olunub. O, Cinayət Məcəlləsinin 274(Dövlətə xəyanət) maddəsi ilə ittiham olunaraq, haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib.
 
Mediainfo.az
 
Çox oxunan xəbərlər
Son xəbərlər

12.12.2018

11.12.2018

10.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az