MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilir - FOTO

Qazaxıstanın paytaxtı Astana şəhərində MDB Müdafiə Nazirləri Şurasının iclası başlayıb. Apa-nın Qazaxıstan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan, Qazaxıstan, Ermənistan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın müdafiə nazirliklərindən nümayəndə heyətləri iştirak edir. Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 20 məsələ daxildir.

Müdafiə nazirləri humanitar mina təmizləmə fəaliyyəti zamanı MDB ölkələrinin silahlı qüvvələrinin mühəndis qoşunlarının hərbi qulluqçularının statusuna dair sənədləri müzakirə edəcək, uçuşların təhlükəsizliyi, radiasiya, kimyəvi və bioloji vəziyyətin qiymətləndirilməsi, hava hücumuna qarşı müdafiə sahəsində prioritet tədqiqatlar, kosmik aparatların birgə istifadəsi, hərbi təhsil sahəsində əməkdaşlığın inkişafı və s. məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Tədbirdə Azərbaycanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov təmsil edir.

Mediainfo.az

 

Çox oxunan xəbərlər
Son xəbərlər

18.12.2018

17.12.2018

16.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az