Valter Ştaynmayer: “Azərbaycan bizim üçün vacib ölkədir”

Almaniya xarici işlər naziri ilə təkbətək və geniş tərkibli görüşdə hər iki ölkə üçün böyük maraq doğuran məsələlər müzakirə olunub”.

Apa-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə birgə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3  milyard dollara  yaxın olub və bu istiqamətdə əməkdaşlıq davam etdirilməlidir: “Görüşdə regional məsələlər, Suriya, Türkiyə, İran, Ukrayna məsələləri müzakirə edilib. Həmçinin təhsil sahəsində əməkdaşlığa da toxunulub”.

F.V.Ştaynmayer isə qeyd edib ki, Almaniya Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən bütün ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlığı gücləndirmək istəyir: “Azərbaycan bizim üçün strateji baxımdan Şərq və Qərb arasında körpü rolunu oynayır, həmçinin enerji baxımından vacib ölkədir. İqtisadi münasibətlərimiz dərin və genişdir. Cənub Qaz Dəhlizi tək gələcəyə yönələn yox, həm də iddialı bir layihədir və ikitərəfli əməkdaşlığımıza böyük perspektivlər açır”.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

22.02.2018

21.02.2018

Müsahibələr
Arxiv
Fevral 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az