Xoy şəhərinin meri Azərbaycanla münasibətlərin şəraitsizliyindən gileyləndi

“İranla Azərbaycan arasında əlaqələrinin daha da inkişafı üçün Şimal-Cənub dəhlizində infrastruktur yaxşılaşdırılmalıdır”.

 

Bu sözləri İranın Xoy şəhərinin meri Hüseyn Sinavi Qərbi Azərbaycan vilayətində səfərdə olan bir qrup azərbaycanlı jurnalistə açıqlamasında deyib.

Onun sözlərinə görə, əlaqələrin inkişafı üçün dəmir yolunun olması müstəsna rol oynaya bilər: "İki ölkə arasında dəmiryol xəttinin olmaması münasibətlərin daha da inkişaf etməsinə maneə yaradır. Ölkələr arasında dəmir yolu xətlərinin bir-birinə birləşdirilməsi ilə İran Azərbaycan vasitəsilə Avropaya, Azərbaycan isə İran vasitəsilə Fars körfəzinə çıxış əldə edə bilər".

Şəhər rəhbərinin sözlərinə görə, iki ölkənin bir-biri ilə qonşu olması, mənəvi, dini və dil cəhətdən bağlılığı ikitərəfli əlaqələrin daha da inkişaf etməsinə imkan yaradır: "Azərbaycan da inkişaf etməkdə olan ölkədir və inkişaf üçün potensial var. Münasibətlərin inkişafı üçün daha bir imkan hər iki ölkə vasitəsilə yük maşınlarının və yüklərin tranzitinin həyata keçirilməsidir. Yaxın Şərq və region ölkələri arasında mühüm yer tutan İran Azərbaycan vasitəsilə Qafqaz ölkələri ilə ticarət əlaqələri həyata keçirir".

Hüseyn Sinavi qeyd edib ki, əlaqələrin irəli getməsi üçün xalqlarımız həm də dolğun məlumat almalıdır: "Amma hazırda tərəflər informasiyanı bir-birindən deyil, üçüncü  tərəfdən əldə edir. Bəzən isə bu informasiyalar ölkələrimizi istəməyən qüvvələr tərəfindən verilə bilər. Heç bir ölkə istəməz ki, qonşu ölkə ilə əlaqələri aşağı səviyyədə olsun. Azərbaycanla İran münasibətlərinin yaxşılaşması bəzi beynəlxalq qüvvələri narahat edir. Biz bu amili nəzərə alaraq heç bir təxribatlara uymamalıyıq".

Qeyd edək ki, Xoy şəhəri Qərbi Azərbaycan vilayətinin ən böyük şəhərlərindən biridir. Şəhərdə və şəhərətrafı qəsəbələrdə ümumilikdə 450 mindən artıq əhalisi yaşayır. Xoy şəhərinin əhalisinin sayı isə 230 min nəfərdir. Bu şəhər 3 ölkə ilə - Türkiyə, Azərbaycan və İraqla həmsərhəddir. 

 
Mediainfo.az
Çox oxunan xəbərlər
Son xəbərlər

13.11.2018

12.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az