Ümid Yardım: "Rusiya Türkiyənin əsas tərəfdaşıdır"

"Türkiyənin əsas tərəfdaşı Rusiyadır. Biz regionda strateji lider olmağı hədəfləyirik." 

ANS-in məlumatına görə, bunu Türkiyənin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Ümid Yardım deyib.

O, Tatarıstan prezidenti Rüstəm Minnixanovun sədrliyi ilə keçirilən Rusiya-Türkiyə İş Adamları Dərnəyi üzvlərinin iclasında bildirib ki, Rusiyanın əsas strateji tərəfdaşı olan Türkiyə Yaxın Şərq regionunda lider ölkə kimi öz mövqeyini gücləndirir. Biz bu məsələdə Avropa ölkələri ilə deyil, Rusiya ilə münasibətlərə xüsusi önəm veririk.

Onun sözlərinə görə, Türkiyə regionda strateji lider olmağı hədəfləyir. Rusiya ilə münasibətlər bütün sahələrdə çox fəal olmalıdır. Əks halda, bu, çox çətindir. Siyasi məqsədlərə nail olmaq üçün siyasi liderlərdən çox şey asılıdır. 

Ü.Yardım Rusiya ilə Türkiyə arasında tarixi və diplomatik əlaqələrin əsrlər boyu mövcud olduğunu söyləyib: "Bu münasibətlər çox güclüdür və bunu pozmaq, yaralamaq mümkün deyil".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

16.07.2018

15.07.2018

14.07.2018

Müsahibələr
Arxiv
Iyul 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az