Suriyada daha bir azərbaycanlı öldürüldü

Suriyada döyüşlərdə iştirak edən daha bir azərbaycanlı öldürülüb. Öldürülən şəxs Xaçmaz rayon sakini, 1987-ci il təvəllüdlü İsmayılov İsmayıl Rafiq oğludur.

Bu barədə onun qardaşı Rüstəm İsmayılov məlumat verib.

Onun sözlərinə görə, sosial şəbəkədə qardaşına məxsus profilindən ona İ. İsmayılovun Suriyada öldüyü barədə mesaj göndərilib: “Daha sonra həmin ünvana yenidən məktub göndərib, suallar versəm də, cavab yazan olmadı. Az sonra isə həmin profil silindi”.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə yüzlərlə azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

Mediainfo.az

 

Çox oxunan xəbərlər
Son xəbərlər

09.12.2018

08.12.2018

07.12.2018

06.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az