Poroşenko: “Minsk görüşü nəticə verməzsə, ölkədə hərbi vəziyyət elan edəcəyik”

“Federalizm toxumu Ukrayna torpağında cücərə bilməz”

“Minsk görüşü nəticə verməsə və ölkənin şərqində vəziyyət daha da gərginləşərsə, Ukrayna hakimiyyəti hərbi vəziyyət tətbiq etməyə hazırdır”. Apa-nın “censor.net” və “112.ua” saytlarına istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Nazirlər Kabinetinin iclasında çıxış edərkən deyib. “Məhz Minsk sammitinin nəticələrindən asılı olacaq ki, biz təcavüzkarı diplomatik yolla dayandıra biləcəyik, yoxsa tamam başqa rejimə keçəcəyik. Mən, hökumət və Ali Rada bütün Ukrayna ərazisində hərbi vəziyyət tətbiq olunması barədə qərar qəbul etməyə hazırıq. Əgər təcavüzkarın məsuliyyətsiz hərəkətləri münaqişənin daha ciddi eskalasiyasına səbəb olarsa, mən bu qərarı qəbul etməkdə qətiyyən gecikməyəcəyəm”, - deyə o, söyləyib.

P. Poroşenko Minsk görüşündə Ukrayna və Avropa İttifaqının (Olland, Merkel) vahid mövqedən çıxış edəcəyini vurğulayıb: “Bu iclasa gecikməyim onunla bağlıdır ki, biz Minsk sammitinə son hazırlıqlarımızı və mövqelərimizi koordinasiya edirdik. Sizi əmin edirəm ki, Ukrayna və Aİ vahid mövqedən çıxış edəcək və tək səs olacaq. Bizim əsas israr etdiyimiz məsələ sözsüz ki, hər hansı ilkin şərt olmadan atəşin dayandırılmasıdır. Ukrayna bu heyvani və barbar aqressiya nəticəsində hər gün onlarla itki verir və zərər çəkənlərin çoxu dinc əhalidir”.     

P. Poroşenko bəyan edib ki, federalizm toxumu Ukrayna torpağında cücərə bilməz. O, cəbhədəki son durum haqqında da məlumat verib və Ukrayna qoşunlarının Debaltsevo ətrafında iki yaşayış məntəqəsini azad etdiyini söyləyib. Dövlət başçısı “M” sektorunda (Mariupol) “Azov” alayının təmas xəttini Minsk razılaşmalarında nəzərdə tutulan həddə çatdırdığını, lakin bunun aktiv hücum əməliyyatı olmadığını deyib.    

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

09.12.2018

08.12.2018

07.12.2018

06.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az