Prezident İranın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Apa-nın xəbərinə görə, dövlət başçısı İran prezidenti  Həsən Ruhani ilə keçirdiyi görüşlər zamanı qəbul edilən qərarların önəmini vurğulayıb. O, M. C. Zərifin başçılıq etdiyi nümayəndə heyətinin səfərinin məhsuldar olacağına və əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

M. C. Zərif isə ölkələr arasında ikitərəfli əlaqələrin dərin tarixə malik olduğunu söyləyib. O, ölkələr arasında əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə regional təhlükəsizlik, terrorizmə qarşı mübarizə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, enerji, nəqliyyat, müasir texnologiyalar, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. 

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

16.12.2018

15.12.2018

14.12.2018

13.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az