Litva Seyminin 51 üzvü Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib

Litva Seyminin 51 üzvü Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar müraciət qəbul edib.

Azərbaycanın Litvadakı səfirliyindən Apa-ya verilən məlumata görə, müraciətin əvvəlində Dağlıq Qarabağ münaqişəsi XX əsrin milyonlarla azərbaycanlının taleyini alt-üst etmiş ən faciəli konfliktlərindən biri adlandırılır, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu xatırladılır.

Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini də yada salan Litva Seyminin üzvləri bu sənədlərdəki tələblərin yerinə yetirilmədiyini təəssüflə vurğulayıblar.

Onlar rus-erməni hərbi qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin işğalını və nəticədə 613 dinc sakinin vəhşicəsinə qətlə yetirilməsini bəşəriyyət əleyhinə ən dəhşətli cinayətlərdən biri kimi səciyyələndiriblər: “Litva Seyminin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupu adından Azərbaycan dövlətinə və xalqına bu faciəli hadisələrin ildönümü münasibətilə dərin hüznlə başsağlığı verir, bəşəriyyətə qarşı yönəlmiş hər bir cinayəti qınayırıq. Litva Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və beynəlxalq təşkilatların qətnamələrinə riayət edərək işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmasına çağırıb”.

Qeyd edək ki, müraciətə imza atmış deputatlardan 26-sı Seymdə hakim koalisiyada çoxluq təşkil edən Sosial Demokratlar Partiyasının, qalan üzvlərdən əksəriyyəti müxalifətdə olan Vətən-Xristian Demokratları Partiyasının və hakim koalisiyada olan digər partiyaların üzvləridir.

 
Mediainfo.az
Çox oxunan xəbərlər
Son xəbərlər

17.12.2018

16.12.2018

15.12.2018

14.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az