Ərdoğan: "Beş rayon qaytarılsa, Qarabağ nizamlanması daha asan mərhələyə keçəcək"

"Vladimir Putin də bu məsələ üzərində işləyir”

“5 rayon Azərbaycana qaytarılsa, Dağlıq Qarabağ probleminin nizamlanma prosesinin daha asan mərhələsinə keçəcəyini düşünürəm”.

 

apa-nın “Haberturk”ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

 

O, Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli formatın yaradılmasın Bakı kimi Moskvanın da müsbət baxdığını bildirib: “Bu mövzu ilə bağlı xarici işlər nazirimiz azərbaycanlı həmkarı ilə danışıb. Mən bu barədə Vladimir Putinlə dedim və razılaşdıq. Məqsəd bölgədəki siyasi prosesləri yaxından izləməkdir. Bildiyiniz kimi hazırda Qarabağ məsələsi var. Bu məsələ ilə məşğul olan Türkiyənin də daxil olduğu Minsk qrupu başqa nəticələr əldə edə bilərdi. Lakin ABŞ, Rusiya və Fransa olmaqla, yalnız 3 ölkə bu işin içindədir. 23-24 ildir ki, bu məsələni həll etmədilər, ya da həll etmək istəmədilər. Ortada işğal faktı var. Bu işğalı hər kəs qəbul edir. Madam ki, işğal var, bunu niyə həll etmirsiniz? Amma indi bəzi irəliləyişlər var. Vladimir Putin də bu məsələ üzərində işləyir”.

 

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

 

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (LaçınKəlbəcərAğdamFüzuliCəbrayılQubadlıZəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonraATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

 

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

 

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPAATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

 
Mediainfo.az
Çox oxunan xəbərlər
Son xəbərlər

16.12.2018

15.12.2018

14.12.2018

13.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az