Fransada seçkiqabaği yekun debatda Makron qalib gəlib

Fransa prezidentliyinə namizəd, “İrəli” hərəkatının təsisçisi Emmanuel Makron yekun debatda rəqibi, “Milli Cəbhə” partiyasının təmsilçisi Marin Le Peni məğlub edib.

BFMTV telekanalının sifarişi ilə “Elabe” araşdırma institutu tərəfindən keçirilmiş  sorğuya əsasən, televiziya debatını izləyən tamaşaçıların 63%-i E.Makronu, 34%-i isə M.Le Peni dəstəkləyib.

 

Sorğuda  1314 respondent iştirak edib. E.Makron 64%-lıq dəstəklə həmçinin “Figaro” qəzetinin keçirdiyi sorğuda rəqibindən üstün olub.

 

Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də baş tutub. Səsvermənin nəticələrinə görə ikinci tura 24,01% səs toplayan E.Makron və 21,3% səs toplayan M.Le Pen adlaya bilib. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək. (apa)

 

Mediainfo.az

 

Çox oxunan xəbərlər
Son xəbərlər

16.10.2018

15.10.2018

14.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az