Ziya Məmmədov jurnalistləri ələ saldı

Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov evinin satışa çıxarılması barədə yayılan xəbərlərə münasibət bildirməkdən imtina edib.
 
Z.Məmmədov "Ölkə.Az"-ın açıqlama üçün zənginə cavab verərkən bildirib ki, jurnalistlərə açıqlama verməyəcək:
 
"Jurnalistlər, indi də açıqlama yerinə bağlama alarsız", - deyə Z.Məmmədov cavab verib.
 
Daha sonra isə Ziya Məmmədov telefonu söndürüb.
 
Xatırladaq ki, "unikal.org" saytının yaydığı xəbərə görə, sabiq nəqliyyat naziri Ziya Məmmədov evini satışa çıxarıb.
 
Xəbərdə bildirilir ki, Ziya Məmmədov "Nizami" metro stansiyasının yaxınlığında, Xarici İşlər Nazirliyinin binasının arxa tərəfində yerləşən tikilidəki 250 kvadrat metrlik sahəsi olan mənzilini 750 min manata satır.
 
Z.Məmmədovun evini hansı səbəbdən satdığı açıqlanmır.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.02.2019

20.02.2019

Müsahibələr
Arxiv
Fevral 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az