Dağlıq Qarabağ AŞPA-da müzakirə edildi

Avropa Şurası ölkələri arasında münaqişələr üzrə AŞPA-nın Alt Komitəsi Afinada həlli uzanan münaqişələrin nizamlanması məsələsini müzakirə edib.

Mediainfo.Az Report-a istinadən xəbər verir ki, Yunanıstan parlamentində keçirilən görüşdə Dağlıq Qarabağ və Dnestryanı münaqişələrlə bağlı vəziyyət, eləcə də, Ukraynanın şərqindəki münaqişə müzakirə olunub.

İclas çərçivəsində Alt Komitənin sədri Ştefan Şennak ATƏT-in münaqişələr üzrə üç nümayəndəsi - bu il ATƏT-ə sədrlik edən Almaniyanın Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan üzrə məsul nümayəndəsi Klaus Keller, ATƏT-in Ukrayna üzrə xüsusi nümayəndəsi Martin Saydik və ATƏT-in Dnestryanı münaqişə üzrə xüsusi nümayəndəsi Ditrix Haym ilə görüşüb.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatı Ştefan Şennak bu ilin mart ayında AŞPA-nın münaqişələr üzrə yeni alt komitəsinin sədri seçilib. Ş.Şennak həm də AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisidir.

Çox oxunan xəbərlər
Son xəbərlər

19.12.2018

18.12.2018

17.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az