ÜAK-ın fəaliyyəti bərpa olunur? - Nazirdən AÇIQLAMA

Azərbaycan Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) fəaliyyətinin bərpa olunacağına ümid edir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Stavropolda keçirilmiş VIII Rusiya-Azərbaycan Regionlararası Forumunda deyib.

Nazir xatırladıb ki, ÜAK 2001-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradılıb.

Ş.Mustafayev bildirib ki, Rusiyanın demək olar ki bütün regionlarında çox sayda azərbaycanlı yaşayır, onlar Rusiya cəmiyyətinə inteqrasiya olur və RF-nin inkişafına heç də az töhfə vermirlər.

Xatırladaq ki, iyunun 15-də ÜAK Rusiya Ali Məhkəməsinin 15 may tarixli qərarından Ali Məhkəmənin Apelyasiya kollegiyasına apellyasiya şikayəti verib.

Bundan əvvəl, mayın 15-də isə Rusiya Ədliyyə Nazirliyinin müraciəti əsasında bu ölkənin Ali Məhkəməsinin qərarı ilə ÜAK-ın qeydiyyatı ləğv edilib.

Çox oxunan xəbərlər
Son xəbərlər

23.09.2018

22.09.2018

21.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az