AŞPA Azərbaycanda demokratik təsisatlarla bağlı hesabatı qəbul etdi

Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı hesabatı təsdiqləyib və bununla bağlı qətnamə qəbul edib.

Virtualaz.org-un məlumatına görə, sənədin lehinə 115 deputat səs verib, 27 parlamentari qətnamənin əleyhinə olub.

AŞPA üzvlərindən 7 nəfər səsvermədə iştirak etməyib.

Qətnamədə məhkəmə orqanlarının tamamilə müstəqil şəkildə fəaliyyət göstərməsi, Avropa Şurasının standartlarına uyğunlaşdırmaq məqsədilə vətəndaş cəmiyyətlərinin fəaliyyətinə və maliyyələşdirilməsinə dair qanunvericilikdə dəyişikliklər edilməsi, yuvenal ədliyyənin yaradılması, söz azadlığının gücləndirilməsi, toplaşma hüququnun möhkəmləndirilməsi və s. tövsiyələr var. AŞPA Azərbaycan hökümətini polis məmurları arasında gender balansının yaradılması məsələsini gündəmə gətirməyə çağırır. Qətnamədə göstərilir ki, Parlament Asambleyası Azərbaycanda islahatların aparılması prosesində və onların tətbiqində yaxından iştirak etməyə hazırdır.

Qətnamədə AŞPA-nın Azərbaycanın insan hüquqları və qanuni dövlətin yaradılması sahəsindəki atdığı addımlarından, o cümlədən monitorinqlərin aparıldlığı müddətdə hökümətin nümayiş etdirdiyi əməkdaşlıqdan və dialoqdan razı qaldığı qeyd edilib.

Çox oxunan xəbərlər
Son xəbərlər

22.10.2017

21.10.2017

20.10.2017

Müsahibələr
Arxiv
Oktyabr 2017
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az