Hər şeyimizi ruslara satmışıq - Petrosyan

Artıq 10 ildən çoxdur ki, Ermənistanın mülki aviasiyası ruslara verilib.

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında Ermənistan Mülki Aviasiyası İdarəsinin keçmiş rəisi Şaqen Petrosyan söyləyib.

“Ən doğru qərar Ermənistanın öz aviaşirkətini yaratması olar. Mən dəfələrlə bunun haqqında danışmışam, amma məni heç kim eşitməyib. Hər şeyimizi satmışıq. Təhlükəsizliyimizi, ordumuzu, müdafiəmizi ruslara satmışıq. Qoy tezliklə, vahid dövlət yaradıb, Belarusdakı kimi hər şeyə son qoysunlar. Biz indi hansı müstəqillikdən danışa bilərik? Rusiya bizə özünün “Superjet” təyyarələrini sırımaq istəyir. Biz artıq tədqiqat meydanına çevrilirik. Dünyada heç kim “Superjet”ləri almayıb, alanlar isə geri qaytarıblar. Dünyada təyyarə istehsalı ilə bağlı iki əsas şirkət var. Bunlar “Boinq” və “Eyrbas” şirkətləridir. Biz niyə “Superjet”lər almalıyıq? Bu “Moskviç”, “Zaporoje” və ya “Volqa” alıb sürməyə bərabərdir”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistanın özünə aid heç bir aviaşirkəti yoxdur. Ölkədə olan aviaşirkətlərin hamısı bankrot olub. Erməni aviaşirkətlərin icra etməli olduqları bütün fəaliyyət sahələri Rusiya şirkətlərinə verilib.

Çox oxunan xəbərlər
Son xəbərlər

12.12.2017

11.12.2017

Müsahibələr
Arxiv
Dekabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az