İraq Bərzaniyə 48 saat vaxt verdi

İraq mərkəzi hakimiyyətinə bağlı ağır hərbi texnika ilə silahlanan “Haşdi Şabi” qüvvələri Kərkük şəhərinin mərkəzindən 20 km aralıda yerləşiblər.
 
Moderator.az -ın məlumatına əsasən, bu barədə “Report” "Hürriyet"ə istinadən xəbər verir. 
 
Bildirilir ki, onlar Kərkük vilayətinin qərb və cənub bölgələrində dislokasiya olunublar.
 
2014-cü ilin aprelində terrorçu İŞİD qruplaşması Kərkükün Havicə rayonunu və ona bağlı 4 qəsəbəni ələ keçirmişdi. Bu yaxınlarda İraq ordusu və “Haşdi Şabi” qüvvələri həmin ərazini terrorçulardan təmizləyib. Bu əməliyyatdan sonra Kərkükdə güclər nisbəti dəyişməyə başlayıb.
 
Kərkük-Bağdad avtomobil yolu “Haşdi Şabi” qüvvələrinin nəzarəti altındadır.
 
Bəzi bölgələrdə İraqın şimalındakı yerli hökumətin silahlı dəstəsi (“peşmərgə”) ilə bu qüvvə arasındakı məsafə 500 metrdir.
 
“Peşmərgə”nin 70 birliyinin komandanı Cəfər Mustafa Kərkükdə keçirdiyi toplantıdan sonra bildirib: “Atışma olmaması üçün İbadi (İraqın baş naziri Heydər əl-İbadini nəzərdə tutur - red.) və başqaları ilə danışıqlar apardıq. Savaşın olmasını istəmirik. Ancaq savaş qapımıza dayanarsa, savaşacağıq. Cənub Cəbhəsi komandanı Vesta Resul məktub yazaraq, 48 saat ərzində hərbi bazalar, hava limanı və neft quyularını təhvil verməyimizi istəyib. Federal polis güclərinin bu yerlərə girəcəyini də bildirib. Biz onların istədiklərini heç vaxt etməyəcəyik. Bunu yoxlaya bilərlər".
 
İraqın şimalındakı yeri muxtariyyətin başçısı Məsud Bərzaninin oğlu Mansur Bərzani ötən gün silahlanaraq, Kərkükə gedib.
 
Qeyd edək ki, bir müddət əvvəl İraq ordusu ilə “Haşdi Şabi” qüvvələrinin birlikdə Kərkükdəki neft quyuları və hərbi hava limanının geri qaytarılması istiqamətində əməliyyata başladıqları barədə məlumat yayılmışdı.
 
İraq ordusu bu xəbəri təkzib edərək, əməliyyatın başlamadığını, Kərkük ətrafında bəzi araşdırmaların aparıldığını bildirib. 
Çox oxunan xəbərlər
Son xəbərlər

12.12.2017

11.12.2017

Müsahibələr
Arxiv
Dekabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az