Uyğur türklərindən niyə kütləvi qan analizi götürülür...- Çindən qeyri-insani layihə!..

“Dini sahədə pozuntular” bəhanəsi ilə  müsəlman uyğurlar xüsusi “islah” düşərgələrinə toplanır... 
 
Çinin Sintszyan bölgəsindəki Uyğur müsəlman əhalisinin 99,7%-dən çoxu müxtəlif bəhanələrlə hökumət  orqan bankına məcburi qan analizi verməyə vadar edilib. 
 
Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, “Epoch Times” nəşrinin yazdığına görə, onkoloq Enver Todi Bogda bu yaxınlarda Tayvanda Çinin bioloji material qaçaqmalçılığı və orqan alveri  ilə məşğul olmasını ifşa edən mühazirə oxuyub. Doktor Enver bəyan edib ki, Çin Kommunist Partiyası tərəfindən başladılan “universal dispanserizasiya”(əhalinin mütəmadi kompleks müayinədən keçirilməsi) çərçivəsində Uyğur türkləri müayinə adı altında qan analizləri verib. Lakin əslində həmin testlərin nəticələri donor orqanlarının bazasının formalaşdırılması üçün lazım olub.
 
 
Müsəlman onkoloq öz  mobl telefonu vasitəsilə insan orqanlarının və “xüsusi sərnişinləri”n daşınması üçün Sintszyan aeroportundakı xüsusi terminalın fotoşəkillərini  nümayiş etdirib.  Bu haqda “Business Standard” nəşri də məlumat verib.
 
Çində  mövcud olan gizli tətbiqlərlə yaxşı tanış olan doktor Enver  qan analizlərinin yalnız uyğur müsəlmanlarından götürüldüyünü vurğulayıb. Bu analizlərin nəticələri əsasında gələcəkdə orqan donorlarının bazası  yaradılması  və xaricdəki imkanlı xəstələrin verilmiş tibbi parametrlərə uyğun orqan sifariş edə bilməsi planlaşdırılır. Həmin qeyri-insani “layihə”dəki yeganə aydın olmayan məsələ ö orqanlarının əməliyyat olunub götürülməsi üçün uyğurlardan necə razılıq alınacağıdır. Doktor Enver özü bu suala  gözlənilməz versiya ilə cavab verir. Onun fikrincə, Uyğur türklərinin, demək olar ki, 25%-i “dini sahədə pozuntular”  bəhanəsi ilə  xüsusi “islah-“reabilitasiya” düşərgələrinə göndərilib. Əslində isə həmin düşərgələrdəki müsəlmanlar potensial donor orqanları mənbələrinə çevrilir. Doktorun sözlərinə görə, uyğurlar bu düşərgələrdən elə-belə(!) qayıtmırlar...
 
Qeyd edək ki, bundan öncə  xarici KİV-də Çin Kommunist Partiyasının göstərişi ilə xüsusən dövlət orqanlarında çalışan, partiya üzvü olan uyğur türklərinin İslam dininə ciddi riayət edən, mütəmadi məscidlərə, cümə namazlarına gedən nümayəndələrinin “islah, tərbiyəetmə” adı altında xüsusi konslagerlərə - düşərgələrə toplaması haqda xəbərlər yayılmışdı.
 
Sultan Laçın  
Çox oxunan xəbərlər
Son xəbərlər

24.11.2017

23.11.2017

Müsahibələr
Arxiv
Noyabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az