“Putinlə Qarabağı müzakirə etmək istəyirəm”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə bu gün baş tutacaq görüşü zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək istədiyini bir daha bəyan edib.

Mediainfo.az-ın AzVision.az-a istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti səfər öncəsi jurnalistlərin suallarını cavablandırarkən deyib. 

“Rusiyaya səfərim zamanı Dağlıq Qarabağ məsələsini ilə bağlı müzakirə aparmağı düşünürəm”, - deyə Ərdoğan bildirib. 

Türkiyə prezidenti daha sonra Rusiyaya rəsmi səfərə yola düşüb.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Soçidə görüş keçiriləcək.
Çox oxunan xəbərlər
Son xəbərlər

24.11.2017

23.11.2017

Müsahibələr
Arxiv
Noyabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az