Atatürkə ölüm fitvası verən xainin adı məktəbə verildi

Osmanlı dönəmində Damad paşa hökumətinin şeyxülislamı olan və Qurtuluş Savaşı illərində Mustafa Kamal Atatürkə ölüm fitvası çıxaran Mustafa Səbirinin adı məktəbə verilib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Tokatda yeni açılan imam liseyinə Atatürkə ölüm hökmü çıxaran Osmanlının sonuncu şeyxülislamın adını verilməsi ciddi etiraza səbəb olub.

Bu duruma Atatarkçü Düşüncə Mərkəzi və Türk Təhsil Təşkilatı etiraz edib. Ancaq Türkiyə Təhsil Nazirliyi bu məsələyə dair mövqeyini ifadə etməyib.

Türk Təhsil Təşkilatının Tokat şöbəsinin rəhbəri Hakan Akkay məktəbə şeyxülislamın adının verilməsinə ciddi etiraz edib:

“Məktəbə bu adın verilməsi bizi narahat edib. Bir zamanlar türklükdən imtina etdiyini, ingilislərin istəyi ilə qərarlar verdiyi, Türkiyə xaricində açıqlamaları ilə diqqəti çəkən və nəhayətdə Qurtuluş Savaşına zərbələr vuran şəxsin adının məktəbə verilməsi ciddi narahatlıq yaradıb. Bu adın məktəbdən çıxarılmasını, başqa bir adla əvəz edilməsini tələb edirik”.

Atatürkçü Düşüncə Mərkəzinin nümayəndəsi Camal Günəş isə təəssüflə deyib ki, Oslmanlı dönəmində Damad Paşa hökuməti dövründə şeyxülislamlıq edən Mustafa Sabri Tokatda doğulub:
“O, bir vətən xainidir. Vətən xaini olduğunu niyə deyirəm? Bu adam Mustafa Kamal Atatürk haqqında ölüm fərmanı vermişdi. Səbəb də o idi ki, Atatürk Qurtuluş Savaşı aparırdı. Şeyxülislam isə fitvasında qeyd edirdi ki, Atatürkün öldürülməsi dinə görə vəzifəmizdir, bu yolda ölənlər şəhid, qalanlar isə qazidir. Osmanlının sonuncu şeyxülislamı olan bu şəxs elan edirdi ki, Qurtuluş Savaşına qatılanlar “qudurmuş itlərdir” və onların qətli vacibdir”.

Camal Günəş əlavə edib ki, Tokat Bələdiyyəsi buna qədər Mustafa Səbri adına vəqf qurub, lakin onların məhkəməyə müraciətindən sonra bu qurum fəaliyyətini dayandırmalı olub:
“İndi də Tokat Təhsil İdarəsi Mustafa Səbrinin adını bir məktəbə verib. Söhbət Qurtuluş Savaşı dönəmində Yunanıstana qaçan vətən xainindən gedir. Bu adam Yunanıstanda 1927-ci ildə verdiyi müsahibədə bəyan edirdi ki, müsəlman və insan olaraq qalmaq şərti ilə türk olmasından imtina edir. Belə birini Tokat Təhsil İdarəsi müdafiə edir və adını məktəbə verir. Əgər qısa müddətə bu biabırçılıqdan imtina edilməsə, biz məhkəmədə iddia qaldıracağıq”.

Tokat Təhsil İdarəsinin rəhbəri Ləvənd Yazıçı isə bu mövzuda açıqlama verməyəcəklərini bildirib.


 

Çox oxunan xəbərlər
Son xəbərlər

12.12.2017

11.12.2017

Müsahibələr
Arxiv
Dekabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az