Oqtay Əsədov Bişkekə gedir

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclasında və təşkilatın 7-ci plenar sessiyasında iştirak etmək üçün dekabrın 7-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə səfər edəcək.

Parlamentdən AzVision.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Sevinc Hüseynova, İlham Əliyev, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

TÜRKPA Assambleya Şurasının iclasında qurumun fəaliyyəti ilə bağlı məsələlər, o cümlədən növbəti plenar sessiyanın gündəliyinə təklif olunan sənəd layihələri müzakirə olunacaq.

Plenar sessiyada “Parlamentin açıqlığı və şəffaflığı: qərarların qəbul edilməsində yeni texnologiyalar” mövzusunda dinləmələr keçiriləcək, bir sıra təşkilatı məsələlərə baxılacaq, qurumun komissiyalarının hesabat məruzələrinə münasibət bildiriləcək. Sessiyada Milli Məclisin Sədri çıxış edəcək. Səfər çərçivəsində parlamentin Spikeri Oqtay Əsədovun tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Səfər dekabrın 8-də başa çatacaq.
Çox oxunan xəbərlər
Son xəbərlər

12.12.2017

11.12.2017

Müsahibələr
Arxiv
Dekabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az